Azərbaycan Mərkəzi Bankı (AMB) “Qala Sığorta” ASC-yə 5 il müddətinə təkrarsığorta fəaliyyətini həyata keçirməyə lisenziya verib.
“Qala Sığorta” şirkətinin - YIĞIMLARI AZALDI - RƏSMİ HESABAT
FED.az xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bununla bağlı qərar yanvarın 9-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.
"“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 51.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyətinə 09 yanvar 2023-cü il tarixində 5 (beş) il müddətinə təkrarsığorta fəaliyyətini həyata keçirməyə icazə verən TSF-0001 nömrəli lisenziya verilmişdir"-deyə AMB-dan bildirilib.