“Qala Sığorta” ASC bu ilin ilk 7 ayı ərzində 53 milyon 747 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 712 min manat, yəni 3,3% artıb. Əvvəlki ilin eyni dövründə şirkətin yığımları 52 milyon 35 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği 15 milyon 43 min manat olub ki, bu da illik müqayisədə 7 milyon 43 min manat və ya 88% kəskin artım deməkdir. Ötən ilin eyni dövründə müştərilərə 8 milyon manat ödəniş edilib.