“Qala Həyat” ilk 8 ayda 21 milyon 63 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 3 milyon 514 min manat (20%) artıb. Ötən il yığımlar 17 milyon 549 min manat idi.
Bu dövrdə ödənişlərin məbləği 2 milyon 109 min manat olub.
Ötən il müştərilərə 3 milyon 313 min manat ödəniş edilib.
Şirkətin ödəniş-yığım nisbəti 10% təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici - 18,9%-ə bərabər olub.