Azərbaycanın həyat sığortası şirkətlərindən olan «Qala Həyat Sığorta» ASC-nin sığorta haqları və ödənişləri üzrə yeni rəqəmləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin 11 ayı ərzində «Qala Həyat Sığorta» şirkətinin topladığı sığorta haqları 23 milyon 426 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 215 min manat, başqa sözlə 1% çoxdur.
«Qala Həyat Sığorta» şirkətinin sığorta ödənişlərində isə əhəmiyyətli dərəcədə artım olub. Belə ki, son bir ildə şirkətin həyata keçirdiyi sığorta ödənişləri 36% və ya 1 milyon 120 min manat artaraq 4 milyon 263 min manata yüksəlib.