“Meqa Həyat Sığorta” ASC sığorta haqları və sığorta ödənişlərinin kəskin artımını açıqlayıb.
"Meqa Sığorta" və "Meqa Həyat Sığorta"nın sponsorluğu ilə AMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarında “Meqa Həyat Sığorta” ASC şirkəti 5 milyon 199 min manat məbləğində sığorta haqqı toplayıb. Bu 2023-cü ildəki göstərici ilə müqayisədə 2 milyon 750 min manat və ya 2,1 dəfə artım deməkdir. Qeyd edək ki, 2023-cü ilin eyni dövrnündə şirkət 2 milyon 449 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərində isə “Meqa Həyat” ASC sığorta şirkətinin 2024-cü ilin 7 ayı üzrə göstəricisi 154 min manat olub ki, bu da 2023-cü ilin eyni dövründəki 8 min manat ödənişdən 146 min manat və ya təqribən 19 dəfə artıqdır.