Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən olan «Qala Həyat Sığorta» ASC-nin sığorta haqları və ödənişləri üzrə yeni rəqəmlər açıqlanıb.
«Meqa Həyat Sığorta»nın yığımları - 2 DƏFƏ, ÖDƏNİŞLƏRİ 19 DƏFƏ ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin ilk 7 ayında «Qala Həyat Sığorta» şirkətinin topladığı sığorta haqları 14 milyon manata yaxınlaşaraq 13 milyon 963 min manat təşkil edib.
«Qala Həyat Sığorta» şirkətinin sığorta ödənişlərində isə əhəmiyyətli dərəcədə artım baş verib.
Belə ki, son bir ildə şirkətin həyata keçirdiyi sığorta ödənişləri 98% və ya təqribən 2 dəfə artaraq 2023-cü ilin ilk 7 ayındakı 1 milyon 649 min manatdan 2024-cü ilin eyni dövründə 3 milyon 261 min manata yüksəlib.