«A-Qrup Sığorta» ASC-nin 2024-cü il üzrə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, ötən il şirkət bir qədər də böyüyüb, eləcə də mənfətli fəaliyyətə davam edib.
2024-cü ildə «A-Qrup Sığorta»un əsas əməliyyat gəlirləri 19 milyon 578 min manat təşkil edib.
Bundan 18 milyon 717 milyon manat şirkətin topladığı birbaşa sığota haqlarıdır.
2024-ci ildə «A-Qrup Sığorta» şirkətinin şirkətinin investisiya gəlirləri 33% artaraq 728 min manata, subroqasiya gəlirləri isə 58% artaraq 369 min manata yüksəlib.
Ümumilikdə ötən il şirkətin cəmi gəlirləri 21,7 milyon manat olub.
2024-cü ildə «A-Qroup»un ümumi xərcləri 21,5 milyon manat təşkil edib.
Şirkətin əsas əməliyyat xərcləri 16 milyon 643 min manat, işlərin aparılması xərcləri 4,8 milyon manat olub.
Nəticədə şirkətin maliyyə mənfəəti 179 min manata bərabər olub, 36 min manatlıq mənfəət vergisindən sonra xalis mənfəəti 143 min manat təşkil edib.
«A-Qrup Sığorta» 2024-cü ildə böyüməyə davam edib. Şirkət ötən ilin sonunda 27,7 milyon manat aktivlərə malik olub. Aktivlər son bir ildə 566 min manat və ya 2,1% artıb.
Hesabat dövründə şirkətin aktivlərində artım maddələrnindən biri onun əmlakı olüb – 2024-cü ildə «A-Qrup Sığorta»ın əmlakı 2 dəfə artaraq 2,4 milyon manatdan 4,4 milyon manata yüksəlib.
Şirkətin öhdəlikləri 6,3% azalaraq 14 milyon 70 min manata bərabər olub. Balans kapitalı 1,5 milyon manat (12,5%) artaraq 13,6 milyon manata yüksəlib.
Bunun 10 milyon manatı səhmdarların yatırdığı nizamnamə kapitalı, 3,5 milyon manat kapital ehtiyatları, 143 min manat isə bölüşdürülməmiş mənfəətdir.