“Qala Həyat” Sığorta Şirkəti ASC bu ilin ilk 7 ayı ərzində 16 milyon 289 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 2 milyon 326 min manat, yəni 16,7% artıb. Əvvəlki ilin eyni dövründə şirkətin yığımları 13 milyon 963 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 2 milyon 10 min manat olub. Ötən ilin eyni dövründə müştərilərə 3 milyon 261 min manat ödəniş edilib.