“Qala Həyat Sığorta” Şirkəti ASC-nin ötən il üzrə olan maliyyə göstəriciləri açıqlanıb.
"Qala Həyat"ın vəziyyəti - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatlarına istinadən xəbər verir ki, ötən il şirkətin ümumi gəlirləri 1 milyon 476 min manat və ya 5,3% artaraq 29 milyon 138 min manat çatıb.
Əsas əməliyyat gəlirləri 30 milyon 876 min manat (5 milyon 310 min manat və ya 20,8% çox), investisiya gəlirləri 2 milyon 317 min manat (743 min manat və ya 47,2% çox), digər gəlirləri isə 159 min manat (340 min maant və ya 3,1 dəfə az) olub.
Ötən il şirkətin ümumi xərclərinin həcmi 702 min manat (4,1%) azalaraq 16 milyon 563 min manata düşüb.
Əsas əməliyyat xərcləri 4 milyon 292 min manat (1 milyon 597 min manat və ya 27,1% az), işlərin aparılması xərcləri 12 milyon 183 min manat (851 min manat və ya 7,5% çox), digər xərclər isə 88 min manat (44 min manat və ya 2 dəfə çox) olub.
Şirkət 2025-ci ildə 12 milyon 574 min manat maliyyə mənfəəti əldə edib. Bunun da 2 milyon 515 min manatını mənfəət vergisi ödəyib. Şirkətin xalis mənfəətinin həcmi 10 milyon 60 min manat olub ki, bu da, 2024-cü ildəki göstəricidən 1 milyon 742 min manat və ya 20,9% çoxdur.
Ötən ilin sonunda “Qala Həyat Sığorta” Şirkəti ASC-nin cəmi aktivləri 11 milyon 725 min manat, yaxud da 26,5% artaraq 55 milyon 968 min manata çatıb.
ASC-nin cəmi öhdəlikləri isə 24 milyon 199 min manat olub ki, bu da, 5 milyon 589 min manat, yaxud da 30% çoxdur.
2025-ci ilin sonuna şirkətin cəmi kapitalı 31 milyon 769 min manat olub. Bu, illik müqayisədə 6 milyon 135 min manat və ya 23,9% çoxdur.









![“Qala Həyat Sığorta” Şirkəti ASC ötən il necə işləyib? - [red]HESABAT [/red] | FED.az](upload/news/small/2897782.png)
![“Qala Həyat Sığorta” Şirkəti ASC ötən il necə işləyib? - [red]HESABAT [/red] | FED.az](upload/news/small/238014.jpg)
![“Qala Həyat Sığorta” Şirkəti ASC ötən il necə işləyib? - [red]HESABAT [/red] | FED.az](upload/news/small/3812712.jpg)








