“Qala Həyat” ASC sığorta şirkəti 2023-cü ildə də səhmdarlarına dividend ödənişini davam etdirib.
FED.az xəbər verir ki, “Qala Həyat” Sığorta şirkəti hesabat ilində səhmdarlarına 7 milyon 500 min manatl dividend ödəyib. Bu 2022-ci ildə 6 milyon 175 min manat təşkil edirdi.
Sığorta şirkəti 2023-cü ildə 25 milyon 205 min manat cəmi gəlirə qarşı 7 millyon 941 min manat xalis mənfəət əldə edib. Belə ki, şirkətin cəmi xərcləri hesabat dövründə 15 milyon 275 min manat təşkil edib, 1 milyon 989 min manat mənfəət vergisi ödəyib.
“Qala Həyat” ASC-nin iki səhmdarı var. Sığorta şirkəti 13 milyon 41 min 600 manat nizamnamə kapitalına malikdir.- Bunun da 90%-i (4 104 səhm) “AzRe Təkrarsığorta” ASC və 10%-i (456 səhm) isə Kamal İbrahimov Mirsahib oğluna məxsusdur.