20 may 2024-cü il, saat 10.00-da “Qala Həyat Sığorta” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5a nömrəli ünvanda yerləşən ofisində baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü il üzrə illik ümumi hesabatlarının təsdiq edilməsi.
2. İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər barədə.