Azərbaycanda cari ilin 7 ayı üzrə peşə məsuliyyətinin könüllü sığortası üzrə yığımların həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 552 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 511 min manat və ya 49% çoxdur.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 1 milyon 41 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri olmayıb.