Azərbaycanda cari ilin 7 ayı üzrə işçilərin dələduzluğunun könüllü sığortası üzrə yığımların həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 86 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 min manat və ya 2% azdır.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 87 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri olmayıb.