20 illiyini qeyd edən PAŞA Sığorta korporativ sosial məsuliyyət (KSM) istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin inkişafına töhfə vermişdir. Şirkət təhsil, səhiyyə, ekologiya, idman, mədəniyyət və sosial rifah sahələrində bir çox təşəbbüslərin tərəfdaşı olub və minlərlə insanın həyatına sevinc gətirib.
PAŞA Sığorta bu illər ərzində şəhid ailələri və müharibə iştirakçılarına dəstək proqramlarında, qanvermə aksiyalarında, ağacəkmə kampaniyalarında, inklüziv cəmiyyətin inkişafına yönəlmiş təşəbbüslərdə, gənclərin inkişafı və idmanın təşviqi layihələrində fəal iştirak edib.
20 illik fəaliyyət dövründə formalaşan bu yanaşma PAŞA Sığortanın etibarlı sığorta tərəfdaşı olmaqla yanaşı, sosial dəyər yaradan şirkət kimi mövqeyini də daha da gücləndirib. Şirkət bundan sonra da insanların rifahına və ölkənin dayanıqlı inkişafına xidmət edən layihələrə dəstəyini davam etdirməyi hədəfləyir.
















