Bu ilin 8 ayında Azərbaycanda sığorta ödənişləri 500 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən, müştərilərinə ən yüksək sığorta ödənişi edən şirkətlər 290,5 milyon manatla "Paşa Həyat Sığorta" və 90 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin ödənişləri 34,4 milyon manatı keçib.
"Atəşgah" Sığortanın ödənişləri isə 14,4 milyon manata çatıb.
“Qala Sığorta" Şirkəti isə 8 ayda 9,2 milyon manata yaxın sığorta ödənişi edib.
"A-Qroup Sığorta Şirkəti"nın ödənişləri isə 8,9 milyon manata çatıb.
Hesabat dövrünün nəticələrinə əsasən ən zəif ödənişlər 241 min manatla "İpək Yolu Sığorta"da olub.