Bu ilin 8 ayında Azərbaycanda sığorta yığımları 927,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən yığımları ən yüksək olan şirkətlər 414,9 milyon manatla "Paşa Həyat Sığorta" və 229,8 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları 57,5 milyon manatı keçib.
"Qala Sığorta"nın yığımları isə 56,1 milyon manata çatıb.
“Atəşgah” Sığorta Şirkəti isə 8 ayda 41,2 milyon manata yaxın sığorta haqqı toplayıb.
"Meqa Sığorta"nın yığmları isə 24,5 milyon manata çatıb.
Hesabat dövrünün nəticələrinə əsasən ən zəif yığımlar 1,5 milyon manatla "Bakı Sığorta"da olub.