Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın aylıq hesabatına istiandən xəbər verir ki, 2025-ci ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 118 milyon 534 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 858 min manat və ya 6% çoxdur.
2024-cü ilin yanvar-avqust aylarında bu göstərici 111 milyon 676 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 87 milyon 173 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 milyon 99 min manat və ya 10% çoxdur.
Əvvəlki ilin eyni dövründə 79 milyon 74 min manat sığorta ödənişləri edilmişdi.