Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2025-ci ilin yanvarında bu növ sığorta üzrə yığımlar 12 milyon 803 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 473 min manat və ya 4% çoxdur.
2024-cü ilin yanvar ayında bu göstərici 12 milyon 330 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 9 milyon 478 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 537 min manat və ya 19% çoxdur.
Əvvəlki ilin eyni dövründə 7 milyon 941 min manat sığorta ödənişləri edilmişdi.