Bu ilin ötən ilin nəticələrinə görə Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota ödənişləri ən kəskin artan şirkət 2,6 dəfə və ya 1 milyon 150 min manatla "Qala Sığorta" şirkəti olub.
İkinci pillədə 2,4 dəfə və ya 569 min manat artımla "Azərbaycan Sənaye” Sığorta Şirkəti gəlir.
Ödənişlərində “Atəşgah” Sığorta Şirkəti 2,1 dəfə (1,4 milyon manat) artımla üçüncü olub.
"Azsığort" Şirkəti ASC-nin sığorta ödənişlərində 62% və ya 61 min manat artım baş verib.
"Paşa Həyat" Sığorta Şirkətinin müştərilərə ödədiyi məbləğin həcmi isə son bir il ərzində 44% (7,8 milyon manat) artıb.
"Meqa Sığorta"nın sığorta ödənişlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% başqa sözlə 292 min manat artım baş verib və şirkət 6-cı yeri tutub.
“AtaSığorta" Şirkətinin ödənişləri 29% və ya 81 min manat artıb.
"Atəşgah Həyat Sığorta"da isə artım 7% (235 min manat) təşkil edib.
"Paşa Sığorta"da 3% (295 min manat), "Aqrar Sığorta"da 3% (30 min manat) artım baş verib.