Azərbaycanda tələblərə cavab verməyən sığorta şirkətləri qanun çərçivəsində bazardan kənarlaşdırılacaq.
"Ötən il 600 milyon manata yaxın sığorta ödənişi olub"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Ziya Əliyev Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
O bildirib ki, sığorta katastrofik hadisələr zamanı dövlətin maliyyə yükünü azaldılmasında vacib rol oynayır Buna görədə ölkədə daşınmaz əmlakın katastrofik risklərdən sığortalanması məsələsinə Hökümət və Mərkəzi Bank tərəfindən ciddi önəm verilir.
Daşınmaz əmlak sığortası 12 ilə yaxındır ki, icbari qaydada tətbiq edilir. Lakin bu sahədə qanunvericilik və sığorta şərtlərinin xeyli yaxşılaşdırılmasına ehtiyac var. Hazırda AMB xarici təcrübələrə əsaslanaraq sığorta sektoru ilə birgə ciddi və intensiv müzakirələr aparır. AMB sığorta sahəsində requlyator olduqdan sonra sektorun inkişafı üçün böyük ölçülü strategiya həyata keçirməkdədir.
"Ən öncül srateji məqsədlərimizdən biri sığorta sahəsinə inamın gücləndirilməsidir. Bunun üçün ötən dövrdə sığortaşılara nəzarət xeyli gücləndirilib. Həm onların maliyyə dayanaqlılığı həm də onların sığortalılara qarşı rəftarına münasibətdə bu tədbirlər həyata keçirilməkdədir. Tələblərə cavab verməyən sığortaçılar qanun çərçivəsində bazardan kənarlaşdırılır.", - deyə o Ziya Əliyev vurğulayıb.