Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin yekununda ölkə üzrə sığorta haqlarının məbləğinin 1,2-1,3 milyard manat olacağını proqnozlaşdırır.
"Azərbaycan sığorta bazarının ÜDM payı çox aşağıdır"
FED.az xəbər verir ki, bunu AMB-nin Baş direktoru Ziya Əliyev Bakıda keçirilən "Sığorta mübahisələrinin uğurlu həll yolları" mövzusunda Elmi-Praktik Konfransda bildirib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə təxminən 1 milyard manat sığorta haqqı toplanılıb.
"2019-cu ildə Azərbaycanda 650 milyon manat sığorta haqqı toplanılmışdı. 2023-cü ildə bu rəqəmin 1,2-1,3 milyard manat olması o deməkdir ki, son 4 il ərzində sığorta bazarı təxminən 2 dəfə böyümüş olacaq", - deyə AMB rəsmisi əlavə edib. (Report)