Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Daşınmaz əmlakın icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”i, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”i və “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”i təsdiq edib.
FED.az xəbər verir ki, bununla bağlı qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin. (Report)