Azərbaycanda fəaliyyət göstərən «MEQA Sığorta» şirkəti 2020-ci ilin I yarım ili üzrə maliyyə vəziyyətini açıqlayıb.
Eləcə də bax: “Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə - PUL AYIRACAQ
FED.az xəbər verir ki, bu ilin ilk yarısında şığorta şirkətinin cəmi gəlirləri 11 milyon 969,7 min manat (2,7% və ya 333,8 min manat azalma), cəmi xərcləri 8 milyon 681,5 min manat (8,1% və ya 767,7 min manat azalma) olub.
İlk yarım ildə «MEQA Sığorta» 13,1 milyon manat sığorta haqqı toplayıb. Şirkətin investisiya gəlirləri 590 min manat olub, təkrar sığorta ilə əməliyyatlardan isə daha 110 mmin manat daxil olub. Əvəzində ilk yarım ildə «MEQA Sığorta» xalis sığorta ehtiyatlarının dəyişməsindən 1,93 milyon manat itirib.
Nəticədə şirkətin cəmi gəlirləri 11 milyon 970 min manat təşkil edib.
Hesabat dövründə «MEQA Sığorta»nın sığorta ödənişləri cəmi 2,2 milyon manat təşkil edib. 4,35 milyon manat isə təkrar sığorta haqlarına xərclənib. İlk yarım ildə «MEQA Sığorta» müştərilərinə 121 min manat sığorta haqqı qaytarıb. Şirkətin inzibati xərcləri isə 1,96 milyon manata bərabər olub.
Nəticədə şirkət ilk yarım ili 3 milyon 288 min manat mənfəətlə başa vurub. 658 min manat mənfəət vergisindən sonra şirkətin xalis mənfəəti 2 milyon 630,5 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 15% azdır.
Qeyd edək ki, şirkət 2019-ci ilin 1-ci yarısında 2 milyon 283,4 min manat xalis mənfəət əldə etmişdi.
Sığorta şirkətinin 2020-ci ilin ilk yarım ilində cəmi aktivləri 49 milyon 287 min manat (10,9% və ya 4 milyon 860 min manat artım), cəmi öhdəlikləri 20 milyon 324 min manat (12,5% və ya 2 milyon 257 min manat artım), cəmi kapital 28 milyon 963 min manat (9,9% və ya 2 milyon 603 min manat artım) olub.
Şirkətin debitor borcları 38% və ya 2 milyon 695,5 min manat artaraq 9 milyon 784,2 min manat olub. Kreditor borclarda da artım olub. Kreditor borcları 88,2% və ya 430,6 min manat artaraq 918,8 min manat olub.