“Meqa Sığorta” ASC-nin 2019-cu il üzrə bölüşdürülməmiş mənfəətinin 10%-i qədər istehlak fondu yaradılıb.
Eləcə də bax: "Meqa Sığorta"nın mənfəəti - AZALIB
FED.az xəbər verir ki, bununla bağlı qərar şirkətin səhmdarlarının bu il iyulun 10-da keçirilmiş ənənəvi illik yığıncağında qəbul edilib.
Fondun vəsaiti sosial vəziyyətin inkişafı üçün tədbirlərin həyata keçirilməsinə və “Meqa Sığorta”nın işçilərinin maddi baxımdan həvəsləndirilməsinə yönəldiləcək.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə (10%), 9%-i isə Yaşar Əliyevə məxsusdur.
“Report”