Azərbaycanın sığorta şirkəti olan «Meqa sığorta» 2019-cu ildə mənfəətlə başa vurub.
Eləcə də bax: “AtaSığorta” ötən ili – MƏNFƏƏTLƏ BAŞA VURUB
FED.az şirkətin 2019-cu il üzrə hesabatına istinadən bildirir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 22 milyon 163,3 min manat, cəmi xərcləri 17 milyon 546,6 min manat təşkil edir.
Ötən il «Meqa sığorta» sığorta haqqı kimi 22 milyon 474,4 min manat toplayıb. Sığorta şirkətinin gəlirlərinə 1 milyon 450,4 min manat isə investisiya fəaliyyətindən, 147 milyon 624,6 min manat subroqasiya gəlirlərindən, 176 min manat sair gəlirlərdən daxil olub. Həmçinin şirkət 2 milyon 85,1 min manat xalis sığorta ehtiyatlarının dəyişməsindən itirib.
Ötən il şirkət 13 milyon 54,3 min manat sığorta ödənişi edib. 2019-cu ildə «Meqa sığorta» işlərin aparılması xərcləri 4 milyon 438,8 min manat, sair xərclər 53,4 min manat olub.
Nəticədə ilin yekununda şirkətin əməliyyat mənfəəti 4 milyon 616,7 min manat olub. Azadolmalar və güzəştlər 200 manat, vergidən öncə mənfəət 4 milyon 416,7 manat olub.Şirkət milyon 883,3 min manat mənfəət vergisi ödəyib və xalis mənfəəti 3 milyon 533,4 min manat olub.
«Meqa sığorta»nın cəmi aktivləri 44 milyon 426,9 min manat, cəmi öhdəlikləri 18 milyon 67,3 min manat, cəmi kapitalı 26 milyon 359,6 min manatdır.
Qeyd edək ki, 2018-ci ildə “ Meqa sığorta” 5 milyon 945,9 min manat maliyyə mənfəətindən 1 milyon 189,2 min manat mənfəət vergisi ödəmişdi. Şirkətin 2018-ci il üzə xalis mənfəəti 4 milyon 756,7 min manat olub.
Şirkətin xalis mənfəəti 2018-ci il ilə müqayisədə 1 milyon 223,3 manat və ya 25,7% azalıb.