Sığorta

“AtaSığorta” ötən ili – MƏNFƏƏTLƏ BAŞA VURUB

“AtaSığorta” ötən ili – MƏNFƏƏTLƏ BAŞA VURUB | FED.az
13:36 6 Aprel 2020

“AtaSığorta” ASC 2019-cu il üzrə maliyyə nəticələrini açıqlayıb.

Şirkətdən FED.az-a verilən məlumata əsasən, ötən il şirkətin cəmi gəlirləri 26,4 milyon manat, cəmi xərcləri isə 25,7 milyon manat təşkil edib.

“AtaSığorta” ASC 2019-cu il ərzində ümumilikdə 18,1 milyon manat sığorta haqqı toplamış və 14,6 milyon manat sığorta ödənişi həyata keçirib. Şirkətin xalis mənfəəti 663 min manat olub.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

Digər xəbərlər

Banner