Müştərilərinin rahatlığını təmin etmək, eləcə də onların vaxtına qənaət etmək məqsədi ilə Meqa Sığorta şirkəti bu dəfə tibbi sığorta üzrə müştəriləri üçün rəsmi veb səhifəsində yenilik edib.
Şirkətin https://meqasigorta.az/ veb saytının əsas səhifəsinə “Tibbi xidmətlər” bölməsi əlavə edilib ki, bu bölmənin “Həkimə qeydiyyat” alt bölməsi vasitəsi ilə müştəri səhhəti ilə bağlı şikayətini, müraciət etmək istədiyi klinikanı, həkimi, uyğun olan tarixi və saatı seçməklə onlayn qaydada həkimə yazılmaq üçün müraciət edə biləcək. Müraciətlər Meqa Sığortanın həkim-koordinatorları tərəfindən yoxlanıldıqdan sonra, müştəri sorğusuna əsasən həkimə qeydiyyat tamamlanacaq və müştəri bu barədə müvafiq bildiriş alacaq. Yeniliyin əsas məqsədi müştərilərə daha rahat həkimə yazılmaq üçün alternativ həll yolu təqdim etməkdir.
Bundan əlavə “Tibbi xidmətlər” bölməsinə həmçinin “Klinikalar”, “Aptek və optikalar” və “Stomatolji klinikalar” alt bölmələri də əlavə edilmişdir ki, müştərilər şirkətin əməkdaşlıq etdiyi tibb müəssisələrinin elektron xəritə vasitəsi ilə dəqiq ünvanlarını və telefonlarını görə biləcək, eləcə də, yerləşdiyi əraziyə ən yaxın olan tibb müəssisəsini seçməklə vaxtına və xərclərinə qənaət etmiş olacaq.
2010-cu ildən fəaliyyət göstərən “Meqa Sığorta” ASC hüquqi və fiziki şəxslərə 32 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online internet platforması ilə müştərilərin xidmətindədir.