“Meqa Sığorta” ASC bu ilin ilk 7 ayı ərzində 18 milyon 854 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları ötən ilin eyni dövründəki 21 milyon 784 min manatlıq göstərici ilə müqayisə edilə bilər.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği 9 milyon 239 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 777 min manat və ya 23,8% artım deməkdir. Ötən ilin eyni dövründə müştərilərə 7 milyon 462 min manat ödəniş edilib.