“Meqa Həyat Sığorta” ASC bu ilin ilk 7 ayı ərzində 9 milyon 400 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 4 milyon 201 min manat, yəni 80,8% artaraq bazar üzrə ən yüksək artım tempini göstərib. Əvvəlki ilin eyni dövründə şirkətin yığımları 5 milyon 199 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 3 milyon 55 min manat olub ki, bu da illik müqayisədə 2 milyon 901 min manat artaraq 19,8 dəfəlik inanılmaz bir artım deməkdir. Ötən ilin eyni dövründə müştərilərə cəmi 154 min manat ödəniş edilib.