“Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr seçilib.
Eləcə də bax: "A-Qroup" sığorta şirkətinin sədri yüksək vəzifəyə - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Uğur İbrahimli Azad oğlu sığorta şirkətinin sədri təyin edilib. O, bu vəzifədə Cəmil Nəzərov Məhəmməd oğlunu əvəz edib.
Qeyd edək ki, U.İbrahimli buna qədər ana şirkət olan “Meqa Sığorta” ASC-nin sədrinin müavini idi.
Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ilin sentyabrında yaradılıb və 11 milyon manat nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i “Meqa Sığorta”ya məxsusdur.