"A-Qrup Sığorta" ASC-nin İdarə Heyətinin sədri Anar Bayramova yüksək vəzifə verilib.
Eləcə də bax: “Rəvan Sığorta”nın öhdəlikləri “A-Qrup Sığorta”ya ötürülüb
Şirkətdən FED.az saytına verilən məlumata görə, A.Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müşavir təyin edilib.
Şirkətə sədrlik isə A.şBayramovun müavini işləmiş Abbas Miskərliyə həvalə edilib.
Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.