Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 131 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 min manat və ya 8% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 121 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 26 min manat təşkil edib ki, bu da illik müqayisədə 24 min manat və ya 13 dəfə çoxdur.
Keçən ilin eyni dövründə 2 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 20% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 18% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2% təşkil edib.