Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 10 milyon 358 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 161 min manat və ya 23% azdır.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 13 milyon 520 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 214 min manat təşkil edib ki, bu da illik müqayisədə 35 min manat və ya 14% azdır.
Keçən ilin eyni dövründə 249 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə dəyişməyib. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2% təşkil edib.