Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər kəskin artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 806 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 72 min manat və ya 8% azdır.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 878 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 100 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 min manat və ya 12,5 dəfə çoxdur.
Keçən ilin eyni dövründə 10 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 12% təşkil edib. Ötən ilin müvafiq dövründə isə zərərlilik cəmi 1% idi.