Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 62 milyon 559 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 845 min manat və ya 1% azdır.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 63 milyon 404 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 44 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 694 min manat və ya 2,3 dəfə azdır.
Keçən ilin eyni dövründə 4 milyon 737 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib ki, buda illik 4% azdır. Ötən ilin 8 ayının nəticələrinə görə zərərlilik əmsalı 7% olub.