“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs ləğv edilib.
AMB Naxçıvanda lisenziyasız sığorta xidməti göstərən təşkilatla bağlı məsələyə - AYDINLIQ GƏTİRDİ
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini mayın 3-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR Dövlət Sığorta Xidmətinə hər hansı lisenziya verməmişdi.
“Həmin qurum muxtar respublikanın Ali Məclisinin keçmiş sədrinin 2021-ci ildə imzaladığı sərəncamla yaradılıb. Onun fəaliyyəti ilə bağlı qərar qanunvericilik çərçivəsində qəbul edilməlidir”, – deyə AMB-nin baş direktoru Ziya Əliyev bu gün qeyd edib.