Naxçıvan Dövlət Sığorta Xidmətinin fəaliyyətinə qanunvericilik çərçivəsində baxılmalıdır.
Naxçıvan Dövlət Sığorta Xidməti lisenziyasız fəaliyyət göstərib - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.
Z. Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətinə Mərkəzi Bank tərəfindən hər hansı sığorta lisenziyası verilməyib:
"Təşkilat Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci ildə sərəncamı ilə yaradılıb. Ona görə də təşkilatın fəaliyyəti ilə bağlı qərar qanunvericilik çərçivəsində müəyyən edilməlidir" - deyə, baş direktor əlavə edib. (Apa)