Ləğv prosesində olan ASC “AMRAH Sığorta” Şirkəti yeni ünvanda fəaliyyət göstərəcək.
Eləcə də bax: "Amrah Sığorta" müştərilərinə xəbərdarlıq - Rəsmi Açıqlama
FED.az xəbər verir ki, şirkətin baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 21A ünvanından Bakı şəhəri, Babək prospekti 11/31, Babək plaza, Blok B, 6-ci mərtəbə ünvanına köçürülüb.
Xatırladaq ki, “AMRAH Sığorta” ASC-nin Səhmdarlarının 2020-ci il oktyabrın 16-da qəbul etdiyi qərara uyğun olaraq Cəmiyyətin fəaliyyətini könüllü qaydada dayandırmağı qərara alınmışdır. Cəmiyyət tərəfindən və ya adından çıxış edən broker və ya agent tərəfindən buraxılmış bütün sığorta müqavilələr xitam olunub.
Hal-hazırda Ləğv prosesində olan ASC “AMRAH Sığorta” Şirkəti kreditorlarının tələblərinin ödənilməsi prosesindədir.
Əlavə olaraq, «Kasko butik»in yeganə tərəfdaşı «Amrah Sığorta» şirkətinin olmasını nəzərə alaraq, «Kasko butik»-də sığortalanmış müştərilərinin bütün sığorta müqavilələr xitam olunub.