“Bakı Sığorta” ASC bu ilin 10 ayında cəmi 1 milyon 524 min manat həcmində yığım əldə edilib.
FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 2 milyon 844 min manat, başqa sözlə 2,9 dəfə azalıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 4 milyon 368 min manat olmuşdu.
Sığorta yığımlarının həcminə 17-ci və dinamikasına görə isə 16-cı olub.
Şirkətin yığımları ilə birlikdə ödənişləri də azalır. 2024-cü ilin yanvar-oktyabr aylarında “Bakı Sığorta” ASC-nin sığorta ödənişləri 1 milyon 466 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 114 min manat və ya 43% azalma deməkdir. Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında şirkət zərərçəkmiş müştərilərə 2 milyon 579 min manat sığorta ödənişi verilib.
On ayın nəticələrinə görə şirkət ödənişlərin həcminə və dinamikasına görə 14-cü olub.
Hesabat dövründə şirkət sığorta yığımlarının hər 100 manatdan 96-nı ödənişlərə yönəldib. Zərərlilik göstəricisinə görə şirkət 1-ci pillədə qərarlaşıb.