Azərbaycanda kreditlərin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 146 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 350,2 min manat və ya 169,7% (2,7 dəfə) çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 795,7 min manat təşkil edib.