Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 255,2 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 152,8 min manat və ya 149,1% (2,5 dəfə) çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 102,4 min manat təşkil edib.