Kreditlərin könüllü sığortası üzrə həm yığımlarda, həm də ödənişlərdə azalma qeydə alınıb.
FED.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə yığımlar 238 min manat (7.6%) azalaraq 3 milyon 116 min manatdan 2 milyon 878 min manata enib.
Sığorta ödənişləri isə 8 min manat (14.5%) azalaraq 55 min manatdan 47 min manata düşüb.
Nəticədə, zərərlilik göstəricisi cüzi də olsa azalaraq 1.8%-dən 1.6%-ə enib.