Kənd təsərrüfatı heyvanlarının könüllü sığortası üzrə yığımlarda ciddi artım baş verib, ödənişlər isə kəskin azalıb.
FED.az Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci ilin ilk səkkiz ayında yığımlar 2 milyon 108 min manat (2,5 dəfə%) artaraq 1 milyon 391 min manatdan 3 milyon 499 min manata yüksəlib.
Buna qarşılıq, sığorta ödənişləri 484 min manat (55,5% və ya 2,2 dəfə) azalaraq 872 min manatdan 388 min manata enib.
Bu dəyişikliklər nəticəsində sığorta növünün zərərliliyi kəskin şəkildə, yəni 51,6 faiz bəndi azalaraq 62,7%-dən 11,1%-ə enib.