Azərbaycanda könüllü həyat sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 155 milyon 320 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 milyon 942 min manat və ya 18% çoxdur.
Ötən ilin yanvar-mar aylarında bu göstərici 131 milyon 378 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 96 milyon 417 min manat təşkil edib ki, bu da illik müqayisədə 41 milyon 252 min manat və ya 75% çoxdur.
Ötən ilin eyni dövründə 55 milyon 165 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 62% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 20% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 42% təşkil edib.