Azərbaycanda könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 278 milyon 312 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 956 min manat və ya 9% çoxdur.
Ötən ilin yanvar-mart aylarında bu göstərici 255 milyon 356 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 124 milyon 136 min manat təşkil edib ki, bu da illik müqayisədə 45 milyon 918 min manat və ya 59% çoxdur.
Ötən ilin eyni dövründə 78 milyon 218 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 45% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 14% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 31% təşkil edib.