Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2024-cü ilin ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 113 milyon 665 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 117 min manat və ya 1% çoxdur.
2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 112 milyon 548 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 88 milyon 095 min manat təşkil edib ki, bu da illik müqayisədə 14 milyon 597 min manat və ya 20% çoxdur.
2023-cü ilin eyni dövründə 73 milyon 498 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 78% təşkil edib ki, buda illik 13% çoxdur. Ötən ilin 11 ayının nəticələrinə görə zərərlilik əmsalı 65% olub.