Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 72% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 111 milyon 488 min manat toplanıb, 80 milyon 650 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% artıqdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında bu göstərici 60% idi.