Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2025-ci ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 58 milyon 313 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 205 min manat və ya 12% çoxdur.
2024-cü ilin yanvar ayında bu göstərici 52 milyon 108 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 4 milyon 971 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 262 min manat və ya 20% azdır.
2024-cü ilin eyni dövründə 6 milyon 233 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 9% təşkil edib ki, buda illik 3% çoxdur. 2024-cü ilin yanvar ayının nəticələrinə görə zərərlilik əmsalı 12% olub.