Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, ötən ilin ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 78% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 12 milyon 803 min manat toplanıb, 9 milyon 478 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artıqdır.
Xatırladaq ki, 2024-cü ilin yanvarında bu göstərici 64% idi. Ümumilikdə bu sığrota növü üzrə 12 milyon 330 min manat sığorta haqqı toplanmış və 7 milyon 941 min manatı ödənişlərə yönəldilmişdi.