Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 84 milyon 178 min manat sığorta haqqı toplanılıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin yanvar ayına nisbətən 7,7% azdır.
Ötən ay icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 4,6% azalaraq 19 milyon 833 min manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 37 milyon 188 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 93,3% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 2,6 dəfə artaraq 19 milyon 653 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar ayında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 44,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar ayında 21,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 36,1 manatdan 99,1 manata çatıb. (Renkinq)